18 yaşlı velosipedçi 6 illik diskvalifikasiya edilib

Rusiya Antidopinq Agentliyi (RUSADA) velosiped treki üzrə Rusiya Kubokunun gümüş medalçısı, 18 yaşlı Nikolay Kuzmenkonu 6 il müddətinə diskvalifikasiya edib.

"Report" TASS-a istinadən xəbər verir ki, qərar idmançının dopinq testində iki qadağan olunmuş maddənin - liqandrol və meldoniumun aşkarlanmasından sonra qəbul edilib.

Diskvalifikasiya 21 iyul 2030-cu ilədək davam edəcək.

Qeyd edək ki, N.Kuzmenko bu il iyulun əvvəlində Tula şəhərində keçirilən Rusiya Kubokunda komanda yarışında gümüş medal qazanmışdı. İyulun 22-dən etibarən isə velosipedçi yarışlardan müvəqqəti kənarlaşdırılmışdı.

Digər xəbərlər