16 yaşlı idmançı faciəvi şəkildə ölüb

Fransalı alpinist Lyusi Dyudi Qrenobl yaxınlığındakı dağlarda faciəvi şəkildə dünyasını dəyişib. 

"Report" NBC-yə istinadən xəbər verir ki, 16 yaşlı idmançı 150 metrlik qayadan yıxılıb. 

Qeyd edək ki, Lyusi Dyudi qayaya dırmanma üzrə gənclər arasında dünya çempionatının qalibi olub. O, 2019-cu ildə böyüklərin mundialında iştirak edib. 

Digər xəbərlər