Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 49,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.
İcmala görə, bu, 2021-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 35,2 milyon ABŞ dolları və ya 3,4 dəfə çoxdur.
2022-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 3,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 232,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin ilk ayı ilə müqayisədə 86,2 milyon ABŞ dolları və ya 59 % artıb.