2024-cü ilin yanvar ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 401,6 milyon kVt/saat olub.
Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin ilk ayı üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 358,2 milyon kVt/saat və ya 13 % azalıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar ayında ölkədə elektrik enerjisinin istehsalı 2 milyard 759,8 milyon kVt/saat təşkil edib.