Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan bu ilin yanvar ayında 1,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 0,2 milyon ton və ya 13,3 % azdır.
“Şahdəniz” yatağında kondensat hasilatı isə il ərzində 0,2 milyon ton və ya 1,13 % artaraq, 0,5 milyon tona yaxın olub.
Yanvarda “Şahdəniz” yatağından hasil edilən neftin 629 milyon tonu ixraca nəql edilib ki, bu da 2023-cü ilin ilk ayı ilə müqayisədə 0,5 milyon ton və ya 0,1 milyon ton ya 16,7 % azdır.
Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin fevralın 1-nə qədər 631 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bildirilir ki, “Azəri-Çıraq-Günəşli”dən 586 milyon ton neft, “Şahdəniz” yatağından isə 45 milyon ton kondensat hasil edilib.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin fevralın 1-nə qədər 629 milyon ton neft (kondensatla birlikdə) ixrac edilib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.