Xəyal Cəfərov: "Qarabağın bərpası karbamid satışını kəskin artıracaq"

2021-ci ildə ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun daxili bazarda satılan karbamidin həcmi 50 min tona yaxın olub.

“Report”un məlumatına görə, bunu Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, ötən il daxili bazarda satılan karbamidin həcmi 48 min ton təşkil edib: “2020-ci ildə isə bu rəqəm 40 min olub”.

X. Cəfərov ümid edir ki, Azərbaycanın şanlı qələbəsindən sonra işğaldan azad olunan torpaqlar minalardan təmizlənəndən sonra daxili bazarda karbamidin satış rəqəmləri kəskin artacaq: “Biz də karbamid zavodu olaraq Qarabağda kənd təsərrüfatının inkişafına böyük bir töhfəsini verəcəyik”.

Qeyd edək ki, “SOCAR karbamid” zavodu 2019-cu ilin yanvar ayında fəaliyyətə başlayıb. Müəssisə azot gübrəsi idxalından asılılığın aradan qaldırılması, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır.

Digər xəbərlər