WTI markalı neftin qiyməti 68,04 dollardan satılıb

Bu gün səhər hərraclarında neftin qiymətləri 2-2,5 faiz artıb.

“Report” xəbər verir ki, “Brend” markalı neftin avqust fyüçersləri 1,89 faiz bahalaşaraq 70,63 ABŞ dollarından, WTI markalı neftin iyul fyüçersləri də 2,59 faiz bahalaşaraq 68,04 dollardan satılıb.

Beləliklə, WTI markalı neft 2018-ci ilin oktyabr ayından bu yana ilk dəfədir 68 dollarlıq həddi keçdi.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 06 fevral, 2026 / 09:06