Vüqar Əhmədov Şabranda vətəndaşları qəbul edib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov bu gün saat 10:00-da Şabranda Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31