Vüqar Əhmədov Naftalanda vətəndaşları qəbul edib

Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Naftalan şəhərində vətəndaşları qəbul edib.

"Report"un quruma istinadən verdiyi xəbərə görə, qəbulda Naftalan, Goranboy və Xocalı rayonlarından olan sakinlər iştirak edib.

Qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31