​Venesuela OPEK ölkələrinə yeni təkliflər göndərəcək

Bakı. 20 fevral. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro OPEK ölkələrinə neftin qiymətinin stabilləşməsi ilə bağlı yeni təkliflər göndərəcək. Bu barədə "Report" "Gazeta.ru" saytına istinadən xəbər verir.

"Neft hasil edən ölkələr bazarlara nəzarət etməli və qiymətləri stabilləşdirməlidir", - deyə o bildirib.

Məlumatda qeyd edilir ki, N.Maduro nefti bəzi dövlətlərin Venesuelaya qarşı başladıqları iqtisadi müharibənin əsas səbəbi adlandırıb. 

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 14 fevral, 2026 / 09:10