Bakı. 5 iyul. REPORT.AZ/ “Ukrtransnafta” iyulun 6-da növbəti dəfə “Cənub” dəniz neft terminalının rezervuarlarından 15 min ton həcmində “AzeriLight” markalı nefti hərraca çıxaracaq.
“Report” “Enkorr” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Enerji Birjasının bülletenində qeyd olunub.
Təklif olunan həcm 3 Lota bölünəcək. Ticarət əvvəlki kimi differensial rejimdə həyata keçiriləcək. Neftin nəqli öncədən ödənişlə iyulun 20-dən avqustun 2-dək baş tutacaq.
Qeyd edək ki, “Ukrtransnafta” şirkəti Ukraynada neft nəqliyyat sisteminin operatorudur.
İyulun 3-dı keçirilən hərracda “Ukrqazdobıça” şirkəti 5 min ton həcmində Azərbaycan nefti alıb.