Ukraynada iri qaz yatağı aşkar edilib

Bakı. 20 avqust. REPORT.AZ/ Ukraynanın Xarkov vilayətində iri qaz yatağı aşkar edilib. 

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Peqedovksaya meydançasındakı qaz ehtiyatları 7 mlrd. kub metr təşkil edir.

Yataq 5 min metr dərinlikdə yerləşir və quyunun yoxlanılması zamanı oradan 200 min kub metr qaz çıxarılıb.

Hazırda yataqda hasilata başlanılması ilə bağlı müvafiq işlər və araşdırmalar aparılır. 

Digər xəbərlər