Üçgünlük bahalaşmadan sonra neft ucuzlaşıb

Üçgünlük nəzərəçarpacaq bahalaşmadan sonra neft təxminən 1% ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 1,03 % ucuzlaşaraq 1 bareli 94,05 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti 1,28 % düşüb və 1 bareli 87,95 ABŞ dolları təşkil edib.

“Qara qızıl”ın müsbət dinamikasına ABŞ-da ehtiyatlarla bağlı statistik məlumatların açıqlanması səbəb olub. Belə ki, analitiklərin cəmi 0,8 milyon barel azalma gözlədikləri halda, benzin ehtiyatları 1,5 milyon barel azalıb. Eyni zamanda, ABŞ-da strateji neft ehtiyatı 3,4 milyon barel və ya 0,8% azalaraq 401,7 milyon barelə düşüb ki, bu da 1984-cü ilin may ayından sonra ən aşağı səviyyədir.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 26 fevral, 2026 / 09:40