Bakı. 23 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Türkmənistana məxsus 4 mln. ton neft, 190 min ton isə qeyri-neft məhsulu Azərbaycan ərazisi ilə daşınıb.
“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev ölkənin nəqliyyat-tranzit potensialına dair keçirdiyi mətbuat konfransında deyib.
“Türkmənistan neftinin daşınması imkanları genişdir. Odur ki, nəqliyyat dəhlizinin təşviqi istiqamətində bir sıra işlər həyata keçirilir”, - deyə nazir qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, iki ölkə arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə birgə komissiya yaradılacaq: "Bununla bağlı Türkmənistanda saziş imzalanıb".