Türkiyənin “YEO Teknoloji Enerji ve Endüstri AŞ” şirkəti Azərbaycandakı müştərisi (adı açıqlanmır) ilə günəş elektrik stansiyasının (GES) layihəsinin hazırlanması və quraşdırılması ilə bağlı müqavilə imzalayıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, müqavilənin dəyəri 3,35 milyon ABŞ dollarıdır. Bu məbləğə layihənin hazırlanması, mühəndislik işləri, məhsul tədarükü, bütün mexaniki və elektrik montaj işləri daxildir.