Türkiyə Azərbaycana kerosin ixracını 26 dəfə artırıb

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 5,465 milyon ABŞ dolları dəyərində 3 min 807 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağı istisna olmaqla) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,3 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.

Hesabat dövründə Niderlanddan 4,342 milyon ABŞ dolları dəyərində 3 min 004 ton (bir il əvvəl tədarük olmayıb), Belçikadan 858,82 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 47,2 % azalıb) 619,26 ton (-58,7 %), İtaliyadan 235,93 min ABŞ dolları dəyərində 178 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 13,52 min ABŞ dolları dəyərində (+19 dəfə) 2,33 ton (+26 dəfə), Böyük Britaniyadan 8,86 min ABŞ dolları dəyərində (+5,4 %) 2,39 ton (+40,6 %) məhsul idxal edilib.

Digər xəbərlər