TAP ilə Azərbaycandan İtaliyaya qaz tədarükü sifarişləri 13 %-dən çox azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün bu ilin yanvarın 29-da 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, yanvarın 22-nə olan qazın tədarükü göstəricisi ilə müqayisədə 13,2 % azdır.

Yanvarın 30-dan fevralın 4-dək isə İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sifariş həcmi 281 milyon 299 min 147 kVt/saat həcmində olub ki, bu da yanvarın 22-dan 28-dək olan sifariş həcmi ilə eynidir.

Yunanıstanın Kipoi çıxış nöqtəsindən yanvarın 29-də qaz tədarükü üçün 345 milyon 013 min 291 kVt/saat həcmində sifariş alınıb. Bu da ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 10,6 % azdır.

Kipoi çıxış nöqtəsindən yanvarın 30-dan fevralın 4-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da yanvarın 23-dan 28-dək olan sifariş həcmi ilə eynidir.

Yunanıstanın Komotini çıxış nöqtəsindən yanvarın 29-dan fevralın 4-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də yanvarın 29-dan fevralın 4-dək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 05 dekabr, 2025 / 09:45
Azərbaycan nefti bahalaşıb 04 dekabr, 2025 / 09:34