Sumqayıtda 700 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən "Report"un yerli bürosuna verilən məlumata görə, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar bu gün şəhərin Çerkassi küçəsində saat 11:00-dan etibarən 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Digər xəbərlər

Bakının 3 rayonunda qaz olmayacaq 23 dekabr, 2025 / 09:45
Mərdəkanda işıq olmayacaq 23 dekabr, 2025 / 09:06