Sumqayıt şəhərində 13 transformator məntəqəsinin tikintisi aparılır, daha 7 məntəqənin inşası isə planlaşdırılır.
Bu barədə "Report"un yerli bürosuna "Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda şəhərin 2-ci, 9-cu, 10-cu, 11-ci, 13-cü mikrorayonlarının, o cümlədən 48-ci məhəllənin ərazilərində transformator məntəqələrini inşa edilir.
"Həyata keçirilən bu tədbirlər gələcəkdə enerji təchizatında yaranan problemlərin qarşısının alınmasına, eləcə də abonentlərin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına xidmət edəcək", - məlumatda qeyd olunub.