"Statoil" və "Norsk Helikopterservice"də korrupsiya ilə bağlı yoxlamalar aparılır

Bakı. 16 dekabr. REPORT.AZ/ Norveç polisi ölkənin neft sahəsinin aparıcı şirkəti olan "Statoil" və Stavangerdə yerləşən helikopter operatoru "Norsk Helicopterservice"də korrupsiya işi araşdırmalarını davam etdirir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq məlumatın əldə edilməsindən sonra şirkət prinsiplərinin mümkün pozulması ilə bağlı araşdırmalara başlanılıb.

"Statoil" araşdırma ilə bağlı polislə əməkdaşlıq edəcək. Adıçəkilən işçi müvəqqəti olaraq vəzifədən kənarlaşdırılıb.

 "Statoil"dan bildirilib ki, "Norsk Helikopterservice" ilə niyyət razılaşmasını ləğv etmək qərara alınıb.

Digər xəbərlər