Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzərin cənub hissəsində "Babək", "Naxçıvan" və "Zəfər" yataqlarını prioritet istiqamət kimi müəyyən edib.
"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Arzu Cavadova Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, SOCAR Cənubi Xəzərdə yerləşən iri qaz-kondensat strukturlarında kəşfiyyat fəaliyyətlərini davam etdirir: "Əsas diqqət dərinsulu ərazilərdə yerləşən "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Şəfəq-Asiman" və "Aşağı Suraxanı" strukturlarına yönəlib. Bu istiqamətlər gələcəkdə Azərbaycanın qaz ehtiyat bazasının genişləndirilməsi baxımından mühüm rol oynaya bilər"