“SOCAR Türkiyə” rəqəmsal transformasiyanı genişləndirir

Türkiyənin ən böyük xarici birbaşa yatırımcısı olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə “SOCAR Turkey” şirkəti daha bir yeniliyə imza atıb.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “SOCAR Turkey”in bütün qrup şirkətlərinin korporativ proseslərini idarə edən, eləcə də proses əsaslı və təşkilati inteqrasiyanı təmin edən tətbiqlərin rəqəmsal transformasiyası ilə ayaqlaşmaq üçün “Project Earth” tədqiqatını həyata keçirərək SAP ilə əməkdaşlığı gücləndirib.

STAR Neft Emalı Zavodu, “SOCAR Distribution” və “SOCAR Storage” sistemlərini vahid SAP S/4HANA sistemində birləşdirən “SOCAR Türkiyə” SAP ilə həyata keçirilən “Project Earth” proqramının bir hissəsi olaraq şirkətə inteqrasiya olunmuş SAP S/4HANA və “Analytics Cloud” həlləri ilə yerli və paylanmış sistemlərini təkmilləşdirib.

Həmçinin sistem maliyyə, mərkəzləşdirilmiş satınalma, kommersiya əməliyyatları, xidmət, biznes tədqiqatlarını və məlumatların idarə edilməsi proseslərinin rəqəmsal transformasiyasını dəstəkləməyə hazırdır.

“Project Earth” layihəsinin ilkin mərhələsindən indiyədək “SOCAR Türkiyə” şirkətinin biznes bölmələrinin satınalma və logistika, aktivlərin idarə edilməsi, ticarət və maliyyə sahələrini əhatə edən 100-dən çox SAP məsləhətçisinin cəlb olunduğu uzaqdan iş metodu ilə 8 000-dən çox sınaq mərhələsi başa çatıb.

Hazırlanması 6 həftə davam edən layihə 16 aya qədər qısa müddətdə tamamlanıb. Yenilənməsi köhnəlmiş və dağınıq tətbiqlər əvəzinə müasir, vahid və mərkəzləşdirilmiş sistem yaratmağı qarşısına məqsəd qoyan layihə həm də işçilərin məmnunluğunun artırılmasını hədəfləyir. SAP S/4HANA, yaddaşdaxili texnologiya ilə yeni nəsil ERP (müəssisə resurslarının planlaşdırılması) həlli, “SOCAR Türkiyə” proseslərinin sürətini və çevikliyini artırır. O, həmçinin məlumat əsasında sürətli qərar qəbulu üçün yol açır.

Digər xəbərlər