SOCAR "Səadan" yatağında yeni quyu qazır

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti tərəfindən “Səadan” yatağında 1820 nömrəli quyunun qazma işlərinə başlanıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, “Siyəzənneft” NQÇİ-nin sifarişi ilə Qovundağ Maykop Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 300 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 4 ton neft hasil olunacağı nəzərdə tutulur. 

Digər xəbərlər

Sabah Şağanda qaz olmayacaq 01 aprel, 2026 / 17:00