Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeraltı qaz anbarı (YQA) kimi istifadə olunan "Qalmaz" yatağında 636 saylı quyunu istismara verib.
"Report" SOCAR-dan verilən məlumata istinadən xəbər verir ki, hazırda quyunun sutkalıq hasilatı (anbara vurulması) 630 min kubmetr qaz təşkil edir.
Qeyd edək ki, "Qalmaz" YQA Bakıdan 75 km cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib. Ümumilikdə, SOCAR-ın balansında iki yeraltı qaz anbarı var - "Qalmaz" və "Qaradağ".