2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən polimer məhsulları daxil olmaqla 712,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Bu barədə “Report” SOCAR-ın iqtisadi nailiyyətləri ilə bağlı açıqlanan məlumatlarına istinadən xəbər verir.
Bildirilir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 183 % çoxdur.
2021-ci ildə ölkədə qeyri-neft məhsulları üzrə ümumi ixracın 26,4 %-i SOCAR-ın payına düşüb.
Qeyd edək ki, "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu var. Zavodun açılışı 18 iyun 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.