SOCAR neft hasilatını 1% artırıb

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yanvar-iyul aylarında 4,907 mln. ton neft hasil edib. "Report" bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 1,1% artıb.

Cari ilin iyul ayında SOCAR-ın neft hasilatı 709,7 min ton təşkil edib.

Qeyd edək ki, 2014-cü ildə şirkət 8,4 mln. ton neft hasil etməyi planlaşdırır.

Ötən il Azərbaycanda neft hasilatının ümumi həcmi 43,48 mln. tona çatıb və bunun 8,314 mln.tonu SOCAR tərəfindən hasil olunub.

Digər xəbərlər

Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20
Bakının 3 rayonunda qaz olmayacaq 23 dekabr, 2025 / 09:45
Mərdəkanda işıq olmayacaq 23 dekabr, 2025 / 09:06