SOCAR neft emalını cüzi azaldıb

Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 milyon 544 min 143 ton neft emal edib.

“Report” bu barədə SOCAR-ın açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadən xəbər verir.

Bu, ötən ilin ikinci rübünün göstəricisi ilə müqayisədə 3 min 475 ton və ya 0,2 % azdır.

Qeyd edək ki, 2024-cü ilin aprel-iyun aylarında SOCAR 1 milyon 547 min 618 ton neft emal edib.

Digər xəbərlər

Qala qəsəbəsində qaz olmayacaq 28 yanvar, 2026 / 09:20