​SOCAR Kanadada ofis açır

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kanadada ticarət nümayəndəliyi açmağı planlaşdırır.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, nümayəndəlik Kanadanın neft paytaxtı olan Kalqari şəhərində yerləşəcək.

SOCAR-ın bu ölkədə nümayəndəlik açması beynəlxalq bazarlarda faəliyyətini genişləndirməsi çərçivəsində həyata keçirilir. 

"SOCAR Trading" artıq Kalqaridəki nümayəndəlik üçün əməkdaşlar seçir. Amma nümayəndəliyin nə vaxt fəaliyyətə başlayacağı hələ müəyyənləşməyib.

Digər xəbərlər