Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 162,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.
İcmala görə, bu, 2021-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 110,4 milyon ABŞ dolları və ya 3,1 dəfə çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 727,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci illə müqayisədə 225,6 milyon ABŞ dolları və ya 45 % artıb.