Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti “Abşeronneft” NQÇİ-nin sifarişi ilə “Darvin bankası” yatağında iki yeni quyunun qazmasına başlayıb.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, yataqdakı 740 nömrəli meydançadan qazılan 745 nömrəli quyunun layihə dərinliyi 930 metr, 720 nömrəli meydançadan qazılan 764 nömrəli quyunun layihə dərinliyi isə 1 440 metrdir.
Geoloqların hesablamalarına görə, Qirməkialtı Lay Dəstəsinə qazılan bu quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcək.