Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-iyul ayları ərzində 4 840,1 min ton neft hasil edib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 1,4% azdır.
Bu ilin iyul ayında hasilat isə 702,5 min ton təşkil edib ki, bu da ötən ilin iyul ayından 1% azdır.