SOCAR bu il 4,2 mlrd. kubmetr qaz hasil edib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4,225 mlrd. kubmetr təbii qaz hasil edib.

Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% azdır.

Şirkətin təkcə avqust ayı üzrə hasilatı isə 531.7 mln. kubmetr təşkil edib ki,  bu da ötən ilin eyni dövrünə nisbətən 12% azdır.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 14 fevral, 2026 / 09:10