​SOCAR bu il 3,78 mln. ton xam neft hasil edib

Bakı. 18 iyul. REPORT.AZ/Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 3 781,7 min ton xam neft hasil edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, xam neft hasilatı ötən ilin I yarısından 8,6% az olub.

İlin altı ayı ərzində hasil olunan xam neftin 620 min tonu iyun ayının payına düşüb ki, bu da ötən ilin iyun ayından 8,2% azdır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 28 fevral, 2026 / 10:36