Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 130 çoxmərtəbəli yaşayış binasını qazla təmin edib. Şirkətdən "Report"a bildirilib ki, bu binalarda ümumilikdə 11 306 ailə yaşayır.
Qeyd edək ki, 2013-cü ildə "Azəriqaz" İB 149 çoxmərtəbəli yaşayış binasını qazla təmin edib. "Azəriqaz" yalnız binanın istismara qəbul edildiyini təsdiq edən tam sənəd paketini almış çoxmərtəbəli yaşayış binalarına qaz verir.