SOCAR apreldə 12 393 metr qazma işi həyata keçirib

Bakı. 5 may. REPORT.AZ/ Cari ilin aprel ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12 393 metr qazma işi həyata keçirib.

“Report” SOCAR-ın məlumatına əsasən bildirir ki, bu sahədə görülmüş işlərin 12 380 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-aprel aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 33 143 metr qazma işi görülüb ki, bunun da 32 143 metri istismara, 1 000 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınan 21 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Digər xəbərlər