Slovakiya Azərbaycana sürtkü yağları satışını bərpa edib

Bu ilin yanvar ayında Azərbaycana 6,79 milyon ABŞ dolları dəyərində 4 min 073,69 ton sürtkü yağları gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 33,3 %, kəmiyyət olaraq – 64,8 % artıb.

Rusiyadan 1,97 milyon ABŞ dolları dəyərində 2 min 136,93 ton, Türkiyədən 1,67 milyon ABŞ dolları dəyərində 690,35 ton, Almaniyadan 1,07 milyon ABŞ dolları dəyərində 262,66 ton, Türkmənistandan 335,62 min ABŞ dolları dəyərində 436,39 ton, Fransadan 309,76 min ABŞ dolları dəyərində 85,72 ton məhsul alınıb.

2021-ci ilin ilk ayı ilə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 55,8 % və 2,2 dəfə artıb, Türkiyədən – 31,3 % və 10,9 % artıb, Almaniyadan – 22,7 % və 6,5 % artıb, Fransadan – 4,2 dəfə və 4,1 dəfə artıb. Ötən ilin yanvar ayında Azərbaycan Türkmənistandan sürtkü yağları almayıb. İki il 9 aylıq fasilənin ardından Slovakiyadan tədarük bərpa edilib. Bu ölkədən 0,03 min ABŞ dolları dəyərində 0,01 ton məhsul idxal edilib.

Hesabat dövründə Azərbaycan xaricə 1,86 milyon ABŞ dolları dəyərində 1 min 665,82 ton sürtkü yağları satıb ki, bu da ötənilki yanvarla müqayisədə müvafiq olaraq 2,7 dəfə və 2 dəfə artıb.

Azərbaycan Türkiyəyə 1,35 milyon ABŞ dolları dəyərində 1 min 300,15 ton, İraqa 327,75 min ABŞ dolları dəyərində 218,72 ton, Livana 105,56 min ABŞ dolları dəyərində 64,88 ton, Ukraynaya 51 min ABŞ dolları dəyərində 60 ton, Gürcüstana 25,13 min ABŞ dolları dəyərində 20,16 ton məhsul satıb.

2021-ci ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə ixrac müvafiq olaraq 2,7 dəfə və 2,8 dəfə artıb, İraqa – 23,4 dəfə və 10,4 dəfə artıb, Ukraynaya – 3,4 dəfə və 60 dəfə artıb, Gürcüstana – 59 % və 70,1 % azalıb. Ötənilki yanvarda Livana bu məhsul tədarük edilməyib.

Digər xəbərlər