Bakı. 5 dekabr. REPORT.AZ/ “Shell” şirkəti İrlandiyada operatoru olduğu "Corrib" qaz yatağındakı payının Avstraliyanın “Macquarie” investisiya fonduna satışı ilə bağlı danışıqlar aparır.
“Report”un xarici KİV-inə istinadən verdiyi xəbərə görə, yataqda operatorluğun necə olacağı hələ məlum deyil.
Qeyd edək ki, “Royal Dutch Shell” 45% payla yataqda operatordur. Layihədə "Statoil" (Norveç) 36,5% və “Vermillion Energy” (Kanada) 18,5% paya malikdir. Yatağın İrlandiyanın qaz tələbatının yarısını ödəyəcəyi hesab edilir. Yataq 1996-cı ildə kəşf edilib.