Tovuz rayonun Vahidli kəndində və Şəmkir şəhərinin bəzi küçələrində qaz borusunda sızma səbəbindən müvəqqəti dayandırlan qazın verilişi bərpa edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, artıq həm Tovuz, həm də Şəmkirdə "Azəriqaz"ın əməkdaşları tərəfindən işlər başa çatdırılıb və qazın verilişi tam bərpa olunub.
15:41
Şəmkir şəhərinin General Mehmandarov küçəsinə və Tovuz rayonunun Vahidli kəndinə təbii qazın verilişi dayandırılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, buna səbəb qaz xətlərində aşkar edilmiş sızmalardır.
Hazırda Şəmkirdə təxminən 150, Tovuzda isə 200-ə yaxın abonentin qazı müvəqqəti kəsilib və sızmaların aradan qaldırılması istiqamətində iş aparılır.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən də “Report”a təsdiq ediblər ki, "mavi yanacaq" təchizatının məhdudlaşdırılması ərazidə baş verən qaz sızması ilə bağlıdır: "Bu, planlaşdırılmış deyil, məcburi dayanmadır. Tezliklə təbii qazın verilişi bərpa ediləcək”.