Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” elə dövlətə məxsus SABIC neft-kimya şirkətinin 2,1 milyard səhminin satınalınması üzrə əməliyyatı başa çatdırıb.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, bununla da ötən ilin martında elan olunmuş əməliyyat bağlanıb.
Proses zamanı “Saudi Aramco” SABIC-in səhmlərinin 70%-ni 69 milyard ABŞ dollarına satın alıb. SABIC səhmlərinin 30%-i isə Səudiyyə Ərəbistanın suveren fondu PIF-in nəzarəti altında qalır.
SABIC dünyanın dördüncü ən böyük neft-kimya şirkətidir. Onun alınması ilə “Saudi Aramco” biznesini şaxələndirə və yeni bazarlara çıxacaq.