Salyanda elektrik enerjisinin verilişi bərpa edilib

Salyan rayonunda elektrik enerjisinin verilişi bərpa edilib. 

Bu barədə Reporta "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, qurumun əməkdaşları və texnikası hadisə olan yerlərdə olub. Hazırda baş verə biləcək qəzaların qarşısını almaq üçün hazır vəziyyətə gətirilib.

Digər xəbərlər