Bu ilin I uarısında Səngəçal terminalı təxminən 114 milyon barel neft və kondensat ixrac edib.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından II rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 % azdır.
Hesabat dövründə 107 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 7 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac olunub. Bu, bir il əvvələ nisbətən müvafiq olaraq 8,1 % çoxdur və 2,3 dəfə azdır.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İlin ilk altı ayı ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 69 milyon standart kubmetr (təxminən 2 milyard 440 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilmişdir. Bu isə 1 il əvvələ nisbətən 25,45 % (26,4 %) çoxdur.
Qeyd edək ki, 2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lkoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (6,67 %).