“Şahdəniz”dən hasil edilən 97 mlrd kubmetr qaz ixrac edilib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku istismara veriləndən bu ilin iyunun 1-dək 182 milyard kubmetr təbii qaz hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-may ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən iyunun 1-dək isə 143 milyard kubmetrdən çox qaz hasil edilib.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 97 milyard kubmetrdən çoxu ixraca nəql edilib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31