Sabah Ordubad və Culfada qaz olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun bütün kəndlərində və Culfa rayonunun bir sıra kəndlərində qaz təchizatı dayandırılacaq.

"Report"un yerli bürosu xəbər verir ki, 219 mm magistral xətdə payız-qış mövsümü ilə əlaqədar təmir işləri görüldüyü üçün Ordubad rayonunun bütün kəndlərində, Culfa rayonunun Gal, Şurud, Dizə və Yaycı kəndlərində qaz təchizatında oktyabrın 25-də saat 09:30-dan saat 15:00 dək müvəqqəti fasilə yaranacaq.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20