Sabah Cəlilabadın 14 yaşayış məntəqəsində qaz olmayacaq

Cəlilabad rayonunun 14 yaşayış məntəqəsində qaz olmayacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, iyulun 21-i saat 10:00 radələrindən işlər başa çatanadək Cəlilabad rayonu üzrə 8088 abonentin (Göytəpə şəhəri, Kazımabad, Bəcirəvan, Şıxlar, Ağdaş, Privolnoye, Həziabad, Çünzəli, Hamarqışlaq, Komanlı, Xəlilabad, Soyuqbulaq, Hacıcavadlı və Allahverənli kəndləri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35
Azərbaycan nefti cüzi bahalaşıb 18 noyabr, 2026 / 09:33