Rusiyanın energetika naziri: "OPEC+ anlaşmasının uzadılma müddəti hələ dəqiqləşdirilməyib"

Bakı. 25 noyabr. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının həcmini azaltmasını nəzərdə tutan OPEC+ anlaşmasının müddətinin uzadılması imkanları noyabrın 30-da Vyanada (Avstriya) müzakirə ediləcək. 

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak Boliviyada keçirilən neft-qaz sammitində məlumat verib. 

"OPEC+ anlaşmasının müddətinin 2018-ci ilin sonuna qədər uzadılması ilə bağlı razılığa gəlinibmi?" sualına cavab verən A.Novak "müzakirə edəcəyik, hələ yox" deyib. 

Xatırladaq ki, ötən gün bu istiqamətdə razılığın əldə olunmasına dair mətbuatda xəbərlər yayılıb. 

Digər xəbərlər