Rusiyadan Ermənistana qaz tədarükü bərpa edilib

Rusiyadan Ermənistana təbii qaz tədarükü bu gün bərpa olunub.

"Report" xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" şirkəti məlumat yayıb.

"Sentyabrın 25-dən Şimali Qafqaz - Zaqafqaziya magistral qaz kəməri ilə Ermənistana təbii qazın tədarükü bərpa edilib. Qazın nəqli Rusiya ərazisində qeyd olunan qaz kəmərində planlı profilaktik və təmir işlərinin aparılması ilə əlaqədar sentyabrın 15-dən müvəqqəti olaraq dayandırılmışdı", - məlumatda bildirilir.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31