Rusiya neft hasilatını azaldıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Rusiya bu il gündəlik neft hasilatını 2018-ci ilin oktyabr ayına nisbətən 50 min barel, dekabr ayına nisbətən isə 100 min barel azaldıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib.

Bu addım OPEC+ formatı çərçivəsində əldə olunan razılaşmaya əsasən atılıb. 

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 30 dekabr, 2025 / 09:59