Energetika nazirinin müavini: "Rusiya OPEK + razılaşmasının həyata keçirilməsinə sadiqdir"

"Rusiya OPEK + razılaşmasının həyata keçirilməsinə sadiqdir və ölkənin neft istehsalının göstəriciləri buna sübutdur. Rusiya əməkdaşlıq sahəsində səylərini davam etdirəcək".

“Report" xəbər verir ki, bunu Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının açılışında çıxış edən Rusiya energetika nazirinin müavini Pavel Sorokin bildirib.

P.Sorokinin sözlərinə görə, OPEC və OPEC+ ölkələrinin ötən ilin dekabrında qəbul etdiyi qərar neft bazarına sabitlik gətirib:

"Həmçinin bu qərar neft bazarının gələcəyinə, dayanıqlı inkişafına zəmin yaradır. Rusiya dekabrda qəbul edilən bu qərarları dəstəkləyir".

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 13 dekabr, 2025 / 10:39