“Rosneft” Venesuelada fəaliyyətini dayandırdı

Rusiyanın “Rosneft” neft-qaz şirkəti Venesueladakı fəaliyyətini dayandırıb və ölkədəki bütün layihələrdən çıxıb.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin rəhbəri İqor Seçin bildirib.

İ. Seçinin sözlərinə görə, 2020-ci ilin ikinci rübündə şirkət “Petromonagas”, “Petroperija”, “Boqueron”, “Petromiranda” və “Petrovictoria”, eləcə də neft servis şirkətlərindəki, kommersiya və ticari əməliyyatlardakı səhmləri də daxil olmaqla, Rusiya hökumətinin Venesueladakı bütün aktivlərinin 100% sahib olduğu bir şirkətə təhvil verilməsi üçün əvvəlcədən elan edilmiş bir əməliyyatı bağlayıb: “Şirkətin Venesueladakı fəaliyyəti tamamilə dayandırılıb”.

“Rosneft” şirkətlər qrupunun sövdələşməsi nəticəsində 100 faizlik paya sahib şirkət “Rosneft”in qeydə alınmış adi səhmlərinin 9,6 faizinin sahibi olub.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31