“Qazprom” Ermənistana qaz tədarükünü bərpa edib

“Qazprom” Rusiya qazının Ermənistana tədarükünü bərpa edib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.

Şirkətdən bildirilib ki, qazın verilişi bu gün səhər saat 06:00-dan bərpa edilib.

Daha əvvəl tədarükün müvəqqəti dayandırılmasının Gürcüstan ərazisində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar olduğu bildirilmişdi.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 06 fevral, 2026 / 09:06